Bakı – APA. Misirin devrilmiş prezidenti Məhəmməd Mursi Qahirəyə gətirilib.
APA-nın “Fox News”a istinadən verdiyi məlumata görə, Misir paytaxtında 2011-ci ildə həbsxanadan qaçışla bağlı məhkəmə dinləmələri keçiriləcək.
M. Mursi paytaxta İsgəndəriyyədəki həbsxanadan helikopterlə gətirilib. Sabiq prezident və daha 130 nəfər 2011-ci ildə prezident Hüsni Mübarəkə qarşı üsyan zamanı həbsxanadan qaçmaqda ittiham olunur.