Azərbaycanda vergi ödəyiciləri ildə 50 mln. manata qənaət edəcəklər

Azərbaycanda vergi ödəyiciləri ildə 50 mln. manata qənaət edəcəklər
# 21 dekabr 2012 14:00 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib.

Onun sözlərinə görə, güzəştlərin böyük hissəsi təhsil müəssisələrinə verilən güzəştlərin, daha dəqiqi təhsil xidmətlərinin ƏDV-dən azad edilməsinin payına düşəcək. Bundan başqa, muzdlu işlə məşğul olanlara verilən güzəştlər də böyük çəkiyə malikdir: «Məsələn, vergidən azad olunan hissənin minimum əmək haqqından yaşayış minimumunadək artırılması, digər qruplar üzrə vergidən azad olunan məbləğin artırılması və ya bu kateqoriyaya aid edilənlərin əhatə dairəsinin artırılması və s.».

Qeyd edək ki, bu gün Milli Məclis «Azərbaycan Respublikasında Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun layihəsini təsdiq edib. Bu qanunla Vergilər Məcəlləsinə 130-a yaxın əlavə və dəyişiklik edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR