Azərbaycanda heyvandarlığın inkişafına 8,4 milyon manat ayrılıb

Azərbaycanda heyvandarlığın inkişafına 8,4 milyon manat ayrılıb
# 30 iyun 2016 16:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR