Azərbaycan və Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
# 06 dekabr 2013 14:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətlərinin müzakirəsi olub.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, H.Əsədov Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 2014-cü ildə Parisdə keçirilməsi planlaşdırılan beynəlxalq kənd təsərrüfatı sərgisində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunması, yerli kənd təsərrüfatı və ərzaq məhsullarının nümayiş etdirilməsi, sərgidə iştirak çərçivəsində iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılması və ortamüddətli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarının nəzərdən keçirilməsini qeyd edib.

H.Əsədov bundan başqa, Fransa Kənd Təsərrüfatı Nazirliyi nəzdinə fəaliyyət göstərən «Aqrimer» Texniki Yardım Agentliyi ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında birbaşa əlaqənin yaradılmasında səfirlik tərəfindən köməklik göstərilməsi, Azərbaycanın Fransadan heyvan cinslərinin idxal etdiyini nəzərə alaraq, kənd təsərrüfatı heyvanlarının saxlanması və bəslənməsi sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, hər iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq üzrə memorandumun hazırlanmasını nəzərə çatdırıb.

Qeyd edək ki, H.Əsədov isə öz növbəsində 2014-cü ilin may ayında Azərbaycanda keçiriləcək beynəlxalq qida sənayesi sərgisinə Fransa iş adamlarını dəvət edib.

Səfir Paskal Mönye Fransa mütəxəssislərini Azərbaycana dəvət etməklə baytarlar üçün «Yay məktəbi»nin, məsləhət xidmətinin təşkil edilməsini, üzümçülük və şərabçılıq sahəsində mövcud əlaqələrin daha da inkişaf etdirilməsini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR