“Bank Silk Way”in depozit portfeli azalıb

“Bank Silk Way”in depozit portfeli azalıb
# 08 may 2014 06:56 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Silk Way”-in aktivlərinin həcmi 2014-cü ilin I rübündə 218,901 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,1% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,2 dəfə artaraq 168,586 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövründə 33,7% azalaraq 46,235 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 35,924 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,2% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 35,6% artaraq 103,671 mln. manata çatdığı halda, nizamnamə kapitalı 38,4% artaraq 97 mln. 129,89 min manat təşkil edib.

Bankın hesabat dövrü ərzində əldə etdiyi mənfəət 1 mln. 319,41 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR