İSB növbəti iri kompensasiya ödənişi edib

İSB növbəti iri kompensasiya ödənişi edib
# 03 iyun 2014 07:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, İSB tərəfindən “İcbari sığortalar haqqında” Qanunun 32, 33-cü maddələrinə əsasən 4 yanvar 2013-cü il tarixdə Qəbələ rayonu ərazisində nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşına ailə üzvünün ölümü ilə əlaqədar 5 000 manat məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 03 iyun 2014-cü il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR