“Unibank” daha bir beynəlxalq tədbirə dəstək verib

“Unibank” daha bir beynəlxalq tədbirə dəstək verib
# 12 iyun 2013 07:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Unibank”ı daha bir beynəlxalq tədbirə dəstək verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Bakıda ilk dəfə keçirilən qlobal formatlı “Start-up Weekend” tədbirin məqsədi bu yarışmada iştirak edən hər bir komandanın üç gün ərzində öz layihələrini tam formalaşdıraraq, işlək halda təqdim etməsi olub.

Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanaraq sahibkarlar, start-up müəllifləri, marketoloqlar, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək start-up-larla münsiflər qarşısında təqdimatlar ediblər.

Qeyd edək ki, “Start-up Weekend” biznes dünyasında çox məşhur layihələrdəndir. Belə ki, 2007-ci ildən başlayaraq 107-dən çox ölkədə keçirilən bu formatlı tədbirlərə ümumi olaraq 100 mindən artıq sahibkar cəlb edilib. Məqsəd sahibkarları maarifləndirmək və həvəsləndirmək, onlara start-up-ların yaradılmasında zəruri motivasiya və bilgiləri təqdim etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR