ABŞ məhkəməsi İraqda qətl törətməkdə günahlandırılan hərbçini azadlığa buraxıb

ABŞ məhkəməsi İraqda qətl törətməkdə günahlandırılan hərbçini azadlığa buraxıb
# 27 iyun 2013 04:40 (UTC +04:00)

Bakı-APA. ABŞ silahlı qüvvələrinin apelyasiya məhkəməsi dəniz piyadası Lorens Hatçins barədə ittiham hökmünü ləğv edib. APA-nın məlumatına görə, Hatçins 2006-cı ildə iraqlı dinc sakini öldürməyə görə 11 il azadlıqdan məhrum edilmişdi.

Hatçins İraqda 8 nəfərdən ibarət manqaya rəhbərlik edib. İstintaq materiallarına əsasən, manqa üzvləri iraqlı keçmiş polisi öldürərək onun saxlanma zamanı müqavimət göstərdiyini bildiriblər. Hatçinsdən savayı digər manqa üzvləri ən çoxu 1,5 il azadlıqdan məhrum ediliblər.

Məhkəmə dindirilmə zamanı Hatçinsin hüquqlarının kobud surətdə pozulduğunu bildirib və onun ifadələrini ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR