«Atrabank» nizamnamə kapitalını kəskin artırır

«Atrabank» nizamnamə kapitalını kəskin artırır
# 13 noyabr 2013 12:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Atrabank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

Kütləvi təklif üsulu ilə yerləşdiriləcək səhmlərin nominal dəyəri 400 manat, səhmlərin sayı 100 000 ədəd təşkil edir. Beləliklə, yeni emissiyanın ümumi həcmi 40 mln. manata bərabərdir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə bankın nizamnamə kapitalı 4 dəfə artaraq 50 424 800 manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR