Azərbaycan-Aİ çərçivə sazişi bu gün Avropa Parlamentində müzakirə olunacaq

Azərbaycan-Aİ çərçivə sazişi bu gün Avropa Parlamentində müzakirə olunacaq
# 06 iyul 2016 08:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Avropa Parlamentinin plenar iclasında Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişi müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, sənəd iyunun 16-da Xarici Əlaqələr Komitəsində müzakirə olunaraq qəbul olunub və müzakirə üçün plenar sessiyaya göndərilib.

Qeyd edək ki, “Aİ-Azərbaycan çərçivə sazişi: Azərbaycanın Aİ proqramlarında iştirakı ilə bağlı əsas prinsiplər” adlı sənədin müəllifi rumıniyalı parlamentar Nikolai Norikadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR