Pakistanın yeni səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib

Pakistanın yeni səfiri etimadnaməsini Azərbaycan prezidentinə təqdim edib
# 02 may 2013 12:33 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Pakistan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Əməkdaşlığın müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu qeyd edən prezident bu əməkdaşlığı iqtisadiyyatın bütün sahələrində də genişləndirmək üçün səyləri artırmağın zəruriliyini bildirib.

Dövlət başçısı Pakistan prezidenti Asif Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən sammitində iştirakını və əməkdaşlığın inkişafı ilə bağlı onunla apardığı müzakirələri xatırladıb.

Ölkələrin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləməsinin önəmini qeyd edən prezident güclü tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində, səfir İ. Məhsud ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR