Şirvanda piyadanı maşın vurub

Şirvanda piyadanı maşın vurub
# 26 sentyabr 2015 16:12 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı – APA.Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Allahverdiyev Cəfər Arif oğlu yolu keçmək istəyərkən VAZ 2107 markalı avtomobil tərəfindən vurulub. Yaralı ayağın əzilmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti qənaətbəxş olduğundan sonradan evə buraxılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR