Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
# 16 aprel 2013 10:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Hacıqabul-Bulaqlı hissəsində asfalt-beton örtüyünün üst qatının qoyulması ilə əlaqədar Bakı-Qazax avtomobil yolunun 119-cu km-dən Sabirabad istiqamətinə 6 km məsafədə hərəkət aprelin 16-dan 18-dək tam məhdudlaşdırılıb. Alternativ yol kimi minik avtomobilləri Kür çayı üzərindəki körpüdən keçməklə Şirvan-Sabirabad, yük avtomobilləri isə Sabirabad-Surra-Padar avtomobil yolundan istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR