İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 42-yə çatıb

İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 42-yə çatıb
# 29 iyun 2016 22:23 (UTC +04:00)

Bakı-APA. İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün xəstəxanaların birində terror aktı zamanı yaralanan qadın vəfat edib.

Qeyd edək ki, ötən axşam İstanbul hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadze özünü partladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR