“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər başlayıb

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər başlayıb
# 22 avqust 2015 07:55 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Təhsil Nazirliyində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər başlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, layihənin icraçıları üçün təşkil olunan təlimlər alman mütəxəssisləri tərəfindən keçirilir.

Layihə Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılır.

Layihə ilə bağlı beynəlxalq məsləhətçi xidməti BMT-nin Uşaq Fondu UNİCEF tərəfindən təmin olunur.

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi ilk olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR