İsmayıl Alper Coşkun: “Göndərilən sənədlərə Amerikanın lazımi reaksiya verməsini gözləyirik”

İsmayıl Alper Coşkun: “Göndərilən sənədlərə Amerikanın lazımi reaksiya verməsini gözləyirik”
# 21 iyul 2016 15:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib”.


APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.

Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.

Türkiyənin öz demokratiyasına sahib çıxan güclü dövlət olduğunu vurğulayan İ. A. Çoşkun ölkənin xarici siyasətinin dostluqların sayını artırmaq əsasında qurulacağını söyləyib: “Rusiya ilə təyyarə hadisəsindən sonrakı sıxıntılı dövrü geridə qoyduq. İsraillə münasibətləri də müsbət yöndə inkişaf etdirməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR