IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək

IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək
# 22 oktyabr 2014 11:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Oktyabrın 24-25-də Qarabağ bölgəsində - mərkəzi Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsi olmaqla yaxın rayonların (Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan, Xocalı) həkimlərinin iştirakı ilə dördüncü Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı keçiriləcək.

Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Qastroenteroloji Vəqfinin (TGV) birgə təşkilatçılığı, Mətbuat Şurasının dəstəyi ilə baş tutacaq konfrans Qarabağ bölgəsinin həkimlərinin qastroenteroloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və başqa şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmalarına dəstək məqsədi daşıyır. Tədbir həmçinin respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri ilə, Qarabağ bölgəsinin tarixi və adət-ənənələrini tanıtmaq məqsədi də güdür.


Qeyd edək ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə isə Naxçıvanda Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfranslar həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR