Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik şurası katiblərinin iclası keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin KTMT-ya sədrlik müddətinin bitdiyini söyləyib.
O, sədrliyin Rusiyadan Tacikistana keçdiyini bildirib: "2015-ci ildən KTMT-yə Tacikistan sədrlik edəcək. Bu gün keçirilən iclasda KTMT dövlət başçılarının iclasına çıxarılacaq sənədlər paketi üzərində işi yekunlaşdırırıq".