Bank Of Baku

Maykl Ceksonun şəxsi həkiminin məhkəməsi başlayıb

Maykl Ceksonun şəxsi həkiminin məhkəməsi başlayıb
# 28 sentyabr 2011 07:28 (UTC +04:00)
Bakı – APA. Los-Ancelesdə 2 il əvvəl vəfat etmiş Maykl Ceksonun şəxsi həkimi, kardioloq Konrad Mürreyin məhkəməsi başlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, K. Mürrey qəsdən olmasa da, M. Ceksonun ölümünün səbəbkarı olmaqda ittiham edilir.

İstintaqın versiyasına əsasən kardioloq sənətçiyə yüksək dozada yuxu dərmanı – propofol verib və bu dərman digər preparatlarla qarışaraq M. Ceksonun ölümünə səbəb olub. Müdafiə tərəfi isə pop kralının bu dərmanları həkimin xəbəri olmadan qəbul etdiyini bildirir. K. Mürrey məhkəməyə ifadəsində özünü günahkar saymadığını söyləyib.

Xatırladaq ki, M. Cekson 2009-cu il iyunun 25-də 51 yaşında dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR