Bank Of Baku

Los-Ancelesdə “Mehtər Takımı”nın təmtəraqlı yürüşə hazırlaşması ermənilərin etirazına səbəb olub

Los-Ancelesdə “Mehtər Takımı”nın təmtəraqlı yürüşə hazırlaşması ermənilərin etirazına səbəb olub
# 28 sentyabr 2011 08:32 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Türkiyənin məşhur Osmanlı Hərbi Marş Orkestrinin - “Mehtər Takımı” oktyabrın 3-də Amerikanın Los-Anceles şəhərində təmtaraqlı yürüş keçirməyə hazırlaşması bu şəhərdə yaşayan ermənilərin kəskin etirazına səbəb olub. APA-nın məlumatına görə, Amerikanın Erməni Milli Komitəsi Los-Anceles şəhər rəhbərliyinin türk hərbi orkestrini qəbul etmək və yürüş üçün ona şərait yaratmaq qərarını pisləyib. Erməni Milli Komitəsinin açıqlamasında deyilir ki, Osmanlı marşı onlar üçün “təhqiramiz və qəbuledilməzdir” və buna görə ləğv edilməlidir. Erməni Milli Komitəsi “Mehtər Marşı”nın “erməni soyqırımı”nı təcəssüm etdiyini bildirib. Los-Anceles şəhər rəhbərliyi hələlik bu çağırışa münasibət bildirməsə də Erməni Milli Komitəsi yerli erməniləri bu yürüşə “dinc vasitələrlə mane olmağa” çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR