Bank Of Baku

Rusiya BMT TŞ-na Suriyaya dair qətnamə layihəsi təqdim edib

Rusiya BMT TŞ-na Suriyaya dair qətnamə layihəsi təqdim edib
# 28 sentyabr 2011 23:51 (UTC +04:00)
Bakı-APA. Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyaya dair qətnamə layihəsini təqdim edib. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin məlumat verib.

Onun sözlərinə görə, Moskva bu sənədin Suriyada zorakılığa son qoyulmasına və proseslərin siyasi məcrada davam etməsinə yardım edəcəyinə ümid edir.

Səfir qərb ölkələrinin Təhlükəsizlik Şurasına təqdim etdikləri Suriyaya dair qətnamə layihəsini «Suriyada hakimiyyətin dəyişilməsinə yönəlik siyasətin davamı» adlandırıb.

Suriyaya dair birinci qətnaməni BMT TŞ-na Fransa, Böyük Britaniya və Portuqaliya təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR