Bank Of Baku

Kapitoli və Pentaqonu partlatmaq istəyən amerikalı həbs olunub

Kapitoli və Pentaqonu partlatmaq istəyən amerikalı həbs olunub
# 29 sentyabr 2011 01:53 (UTC +04:00)
Bakı-APA. ABŞ polisi Massaçusets ştatının sakinini uzaqdan idarə olunan təyyarənin köməyi ilə Kapitoli və Pentaqon binalarını partlatmaq ittihamı ilə həbs edib.

«Eşland şəhərinin sakini 26 yaşlı Rizvan Firdovs Framinhem şəhəirndə həbs olunub. O partlayıcı ilə dolu uzaqdan idarə olunan təyyarənin köməyi ilə Kapitoli və Pentaqonu partlatmaq niyyətində ittiham olunur», deyə Fox News telekanalı məlumat yayıb.

«Firdovs Allahın düşmənləri adlandırdığı amerikalıları öldürməklə bu ölkəyə psixoloji zərbə endirəcəyini düşünürmüş», deyə telekanalın məlumatında qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR