Bank Of Baku

BMT: «Əfqanıstanda zorakılıq aktlarının sayı 39% artıb»

BMT: «Əfqanıstanda zorakılıq aktlarının sayı 39% artıb»
# 29 sentyabr 2011 02:58 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanda silahlı qarşıdurmaların, partlayışların və digər zorakılıq formalarının orta aylıq sayı ötən illə müqayisədə 39% artıb. Bu barədə BMT-nin rüblük hesabatında bildirilir.

«Silahlı qarşıdurmalar və əldəqayırma partlayıcı qurğular əvvəlki kimi insidentlərin əksəriyyətini təşkil edirlər. Hadisələrin sayına görə ölkənin cənub və cənub-şərqi, xüsusən Qəndəhar öndə gedirlər», deyə hesabatda vurğulanır.

Hesabatda qeyd olunur ki, statistikaya görə artıq 10 ildir davam edən müharibənin intensivliyi azalmır, əksinə artır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR