Bank Of Baku

Obama: «ABŞ və Pakistanın münasibətləri pisləşib»

Obama: «ABŞ və Pakistanın münasibətləri pisləşib»
# 30 sentyabr 2011 22:55 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar və Pakistanın münasibətlərinin pis olduğunu etiraf edib. Lakin prezident iki ölkənin xüsusi xidmətləri arasında əməkdaşlığın saxlanmasına ümid etdiyini bildirib.

«Şübhə yoxdur ki, Pakistanla münasibətlərimiz lazımi səviyyədə deyil. Lakin bizim Pakistana təzyiqimiz davam edəcək. Pakistan etiraf etməlidir ki, onun ərazisində ekstremistlərlə mübarizə təkcə bizim yox, onların da maraqlarına cavab verir», deyə Obama bildirib.

Pakistan və ABŞ arasındakı münasibətlər may ayında amerikalı xüsusi təyinatlıların Pakistanda Üsamə bin Ladeni qətlə yetirmələrindən sonra gərginləşib. Amerikalılar uzun illər bin Ladenin Pakistanda gizlənə bilməyindən narazılıqlarını ifadə ediblər. Pakistanlılar isə amerikalıların müstəqil dövlətin ərazisində özbaşına əməliyyat keçirmələrindən narazı qalıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR