Bank Of Baku

Bayden: «ABŞ iqtisadiyyatının tənəzzülündə Obama da günahkardır»

Bayden: «ABŞ iqtisadiyyatının tənəzzülündə Obama da günahkardır»
# 01 oktyabr 2011 00:56 (UTC +04:00)
Bakı-APA. Barak Obama administrasiyası ölkə iqtisadiyyatının tənəzzülünə görə məsuliyyət daşıyır. APA-nın məlumatına görə, ABŞ vitse-prezidenti Cozef Bayden bu fikirdədir.

«Amerikalıların yarısının iqtisadiyyatın əvvəlki administrasiyaya görə tənəzzülə uğradığını hesab etmələrinə baxmayaraq, bu o qədər belə deyil. Həqiqət ondadır ki, biz də məsuliyyət daşıyırıq», deyə Bayden bəyan edib.

Vitse-prezident, 2012-ci ildə keçiriləcək seçkilərin «Obama və Bayden üçün iqtisadiyyatın vəziyyətinə dair referendum» olacağını bildirib. Onun sözlərinə görə, amerikalılar problemin həlli üçün hazırkı prezidentin komandası ilə respublikaçı namizədin təklifləri arasında seçim edəcəklər.

Baydenin fikrincə, amerikalıların indiki hökumətdən məyus olmaq üçün kifayət qədər səbəbləri var.

«İndi vəziyyətə görə biz məsuliyyət daşıyırıq. Vəziyyət isə yaxşılaşır, lakin hələ kifayət qədər yaxşılaşmayıb», deyə vitse-prezident yekunlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR