Bank Of Baku

ABŞ 2012-ci ildə Əfqanıstandan 33 min hərbçisini çıxaracaq

ABŞ 2012-ci ildə Əfqanıstandan 33 min hərbçisini çıxaracaq
# 01 oktyabr 2011 02:51 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama gələn il Əfqanıstandan 33 min hərbçini çıxarmaq niyyətində olduğunu təsdiq edib. Prezident müvafiq məktubla konqresmenlərə müraciət edib.

«Biz Əfqanıstanda kifayət qədər irəliləyişə nail olmuşuq və vəziyyəti dəyişərək təşəbbüsü «Taliban»ın əlindən almışıq... Bu bizə 2010-cu ildə ora göndərdiyimiz 33 min hərbçini geri qaytarmağa imkan verir», deyə məktubda bildirilir.

Hazırda Əfqanıstandakı ABŞ hərbi kontingentinin sayı 100 min nəfərdən çoxdur. Vaşinqton 2014-cü ildə səlahiyyətləri yerli təhlükəsizlik qüvvələrinə verməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR