Bank Of Baku

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq
# 02 oktyabr 2011 02:36 (UTC +04:00)
Bakı-APA. ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, iki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq. Bu il Türk Festivalında Ankaranın meri Melih Gökçek və Vaşinqtonun meri Vinsent Qrey iştirak edəcəklər.
Bu münasibətlə bu il 9-cu Türk Festivalına Ankaradan xalq musiqiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer də qatılacaq.
Vaşinqtonda hər il keçirilən Türk Festivalının əsas məqsədi amerikalıları Türkiyənin və türkdilli xalqların mədəniyyəti, musiqisi, xalq rəqsləri və mətbəx ənənələri ilə tanış etməkdən ibarətdir.
Bir gün sürən festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri nümayiş etdirilir.
ABŞ-da Azərbaycan diaspor təşkilatları Vaşinqtonun ən böyük mədəni tədbirlərindən biri olan Türk Festivalında fəal iştirak edir. Artıq bir neçə ildir Türk Festivalında Azərbaycanın da sərgisi təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR