Bank Of Baku

Hillari Klinton Misir hərbiçilərindən öz vədlərini yerinə yetirməyi tələb edib

Hillari Klinton Misir hərbiçilərindən öz vədlərini yerinə yetirməyi tələb edib
# 02 oktyabr 2011 04:45 (UTC +04:00)
Bakı-APA. “Misir silahlı qüvvələrinin Ali Şurası ölkədə parlament və prezident seçkilərin keçirilməsi barədə verdikləri vədləri yerinə yetirməlidir".
APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə, ABŞ Dövlət katibi Hillari Klinton "Əl-Həyat" televiziya kanalına müsahibəsində bildirib.

O deyib ki, parlament seçkilərin tarixi bəyan olunub. “Mən gözləyirəm ki, onlar (Ali Şura), insanlara verdikləri vədləri yerinə yetirəcəklər. Azad, ədalətli və şəffaf seçkilər keçirilmədən demokratiyaya keçid haqqında danışmaq mümkün deyil", Klinton deyib.
ABŞ Dövlət katibinin fikrincə, Misir iqtisadi cəhətdən inkişaf etmiş iyirmi dövlətin sırasına daxil ola bilər. "Misirin böyük potensialı var, lakin bu imkanı əldən vermək də olar. Əgər azad seçkilər keçirilməsə məhz bu baş verəcək”,Klinton belə deyib.
Ali Şura elan edib ki, parlament seçkiləri noyabrın 28-də başlayacaq və üç mərhələdə keçirilərək martın 11-də başa çatacaq. Prezident seçkilərinin və onun ardınca hakimiyyətin mülki hökumətə verilməsi tarixi rəsmən açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR