Bank Of Baku

Obama: «ABŞ «Əl-Qaidə»nin bütün rəhbər təbəqəsini məhv edib»

Obama: «ABŞ «Əl-Qaidə»nin bütün rəhbər təbəqəsini məhv edib»
# 04 oktyabr 2011 00:47 (UTC +04:00)
Bakı-APA. Son iki il ərzində ABŞ «Əl-Qaidə» ilə mübarizədə ötən 8 ildəkindən daha çox nəticəyə nail olub. ABŞ prezidenti Barak Obama ABC telekanalına müsahibəsində belə bir fikir işlədib.

Obamanın sözlərinə görə, «Əl-Qaidə»nin bütün rəhbər təbəqəsi məhv edilib».

«Apardığımız amansız mübarizə nəticəsində qruplaşma sürətlə elə bir nöqtəyə yaxınlaşır ki, ondan sonra hazırlıqlı silahlılarını eyni bacarıqla insanlarla əvəz edə bilməyəcək», deyə ABŞ lideri bildirib.

Prezidentin fikrincə, «Əl-Qaidə» üçün indi 11 sentyabr tipli iri terror aktı həyata keçirmək çətindir.

Obamanın sözlərinə görə, buna baxmayaraq «Əl-Qaidə» hələ də ABŞ hökumətinin bir nömrəli düşməni olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR