Bank Of Baku

Klinton: «BMT TŞ Suriyaya dair qətnaməni qəbul etməməklə məsuliyyətsizlik edib»

Klinton: «BMT TŞ Suriyaya dair qətnaməni qəbul etməməklə məsuliyyətsizlik edib»
# 06 oktyabr 2011 04:56 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton BMT Təhlükəsizlik Şurasının Suriya hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qətnaməni qəbul etməməklə məsuliyyətsizlik nümayiş etdirdiyini bəyan edib. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat yayır. Klintonun sözlərinə görə, «veto hüququndan istifadə etmiş Rusiya və Çin öz hərəkətlərini Suriya xalqına izah etməlidirlər».

Oktyabrın 4-də Rusiya və Çin veto hüquqlarından istifadə edərək BMT Təhlükəsizlik Şurasının Suriya hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qətnaməsinin qəbuluna mane olublar.

Suriyada artıq 3 aydır ki, xalq etirazları davam edir. Hökumət qoşunları və təhlükəsizlik qüvvələri ilə qarşıdurmada 2,7 min nümayişçi həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR