Bank Of Baku

Amnesty International Kanadadan Corc Buşu həbs etməyi tələb edib

Amnesty International Kanadadan Corc Buşu həbs etməyi tələb edib
# 12 oktyabr 2011 17:51 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Amnesty International təşkilatı Kanadadan oktyabrın 20-də bu ölkəyə gələcək ABŞ-ın keçmiş prezidenti Corc Uolker Buşu həbs etməyi tələb edib. Təşkilat keçmiş prezidenti bir sıra cinayətlərdə, o cümlədən işgəncələrdə ittiham edir.

Amnesty International-ın nümayəndələri Frans Press agentliyinə hakimiyyətdə olduğu müddətdə Buşun terrorçuluqda şübhəli bilinən şəxslərə qarşı işgəncə tətbiq etmək barədə göstəriş verdiyini bildiriblər.

2010-cu ildə Times qəzetinə müsahibəsində eks-prezident Buş ABŞ xüsusi xidmət orqanlarının məhbuslara qarşı işgəncələrinə haqq qazandırıb. Buşun fikrincə, işgəncə verilməklə terrorçuluqda şübhəli bilinən şəxslərdən toplanan məlumat bir sıra, o cümlədən Londonun "Hitrou" hava limanında və Kanari-uorf işgüzar mərkəzində terror aktlarının qarşısını almağa kömək edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR