Bank Of Baku

Klinton: «ABŞ Pakistanla əməkdaşlığı davam etdirəcək»

Klinton: «ABŞ Pakistanla əməkdaşlığı davam etdirəcək»
# 13 oktyabr 2011 04:49 (UTC +04:00)
Bakı-APA. Hazırda Vaşinqton və İslamabadın münasibətləri ideal səviyyədə olmasa da, ABŞ Əfqanıstanda müharibədən sonrakı nizamlanma məsələsində Pakistanla əməkdaşlığı davam etdirəcək. ABŞ dövlət katibi Hillari Klinton belə bir bəyanatla çıxış edib.

«Əlbəttə, Pakistanla münasibətləri saxlamaq çox çətindir. Lakin buna baxmayaraq, biz problemin özbaşına həll olunacağına ümid edərək bu ölkə ilə dialoqu kəsməyəcəyik», deyə dövlət katibi vurğulayıb.

O İslamabadı Əfqanıstandakı sülh prosesinə yardım göstərməyə çağırıb.

«Əks halda Pakistan problemin bir hissəsi olaraq qalacaq», deyə Klinton bəyan edib.

İki ölkə arasındakı münasibətlər bu ilin mayında ABŞ xüsusi təyinatlılarının Pakistanda «Əl-Qaidə» lideri Üsamə bin Ladeni məhv etməsindən sonra gərginləşib. İslamabad ABŞ-ın əməliyyat barədə onlara məlumat verməməyindən hiddətlənib. Vaşinqton isə bin Ladenin uzun illər Pakistanda sərbəst yaşaya bilməsindən narazılığını bildirib. Daha sonra ABŞ-ın İslamabaddakı səfiri Kemeron Manter və Silahlı qüvvələrin qərargah rəisləri komitəsinin keçmiş rəisi Mayk Mullen Pakistanı Hakkani qruplaşmasına dəstək verməkdə günahlandırıblar. Qruplaşma Kabildəki ABŞ səfirliyinə hücumda ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR