Bank Of Baku

ABŞ Uqandaya qoşun göndərəcək

ABŞ Uqandaya qoşun göndərəcək
# 15 oktyabr 2011 01:57 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama qiyamçılarla mübarizədə kömək məqsədilə Uqandaya 100 hərbçi göndərmək niyyətində olduğunu bildirib.

«Bu hərbçilər Cozef Koni və «Tanrının müqavimət ordusu»na qalib gəlmək istəyən tərəfdaşlarımıza kömək edəcəklər», deyə Obama bəyan edib.

Cozef Koninin başçılıq etdiyi «Tanrının müqavimət ordusu» Uqandada xristian fundamentalist dövlət qurmaq niyyətindədir. Qruplaşma minlərlə dinc sakini qətlə yetirməkdə təqsirli bilinir və mərkəzi hökumətə qarşı döyüşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR