Bank Of Baku

Salvadorda fövqəladə vəziyyət elan olunub

Salvadorda fövqəladə vəziyyət elan olunub
# 15 oktyabr 2011 02:54 (UTC +04:00)
Bakı-APA. Salvador prezidenti Maurisio Funes ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Prezident öz qərarını ölkədə yağan şiddətli yağışların törətdiyi fəsadlarla izah edib. Yağışların səbəb olduğu daşqın və sellər 6 nəfərin ölməsinə, 3 nəfərin itməsinə və 6,5 min nəfərin ev-eşiyindən didərgin düşməsinə gətirib. Təbii fəlakət Salvadorun infrastrukturu və mənzil fonduna da ciddi ziyan vurub.

Fövqəladə vəziyyətlə əlaqədar hərbçilər və polis əhalini zorla təhlükəli rayonlardan köçürə bilərlər. Həmçinin ölkə ərazisində məktəblər də bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR