Bank Of Baku

Meksika həbsxanasında baş vermiş toqquşmalarda 20 nəfər ölüb

Meksika həbsxanasında baş vermiş toqquşmalarda 20 nəfər ölüb
# 16 oktyabr 2011 02:27 (UTC +04:00)
Bakı-APA. ABŞ-la sərhəddə yerləşən Meksikanın Tamaulipas ştatının Matamoros həbsxanasında məhbuslar arasında baş vermiş toqquşmada 20 nəfər ölüb, 12 nəfər yaralanıb.
APA-nın verdiyi xəbərə görə, toqquşmaya səbəb iki məhbus arasında baş vermiş mübahisə olub.
Bir müddət sonra mühafizəçilər və polis əməkdaşları həbsxanada iğtişaşları yatıra biliblər.
Bildirilir ki, Tamaulipas ştatı Birləşmiş Ştatlara narkotik qaçaqmalçılığın keçdiyi yollardan biridir.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR