Bank Of Baku

Obama: “Liviya xalqının uzun və ağır dövrü bitdi”

Obama: “Liviya xalqının uzun və ağır dövrü bitdi”
# 21 oktyabr 2011 00:27 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama, Müammar Qəddafinin ölümü ilə bağlı deyib ki, Liviya xalqının “uzun və acı dövrü sona çatıb”.
APA-nın haberler.com saytına istinadən verdiyi xəbərə görə,
Qəddafi rejiminin sona gəldiyini bildirən Obama deyib ki, "bu Liviya tarixinin çox mühüm günüdür. Tiranlığın qara kölgəsi Liviya üzərindən qalxdı”.
Onun fikrincə Liviyanın qarşısında uzun və fırtınalı demokratiya yolu durur. Obama bu yolda Liviya rəsmilərinə köməklik edəcəyinə də söz verib. ABŞ prezidenti, Liviyalılara müraciət edərək, ölkədə təhlükəsizliyin təmin olunmasının və insan haqlarına sayğı göstərilməsinin vacibliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR