Bank Of Baku

Argentinada keçirilən prezident seçkilərində mövcud prezident qalib gəlib

Argentinada keçirilən prezident seçkilərində mövcud prezident qalib gəlib
# 24 oktyabr 2011 08:11 (UTC +04:00)
Bakı – APA. Argentina prezidenti Kristina Fernandes de Kirşner oktyabrın 23-də keçirilən prezident seçkilərində yenidən qalib gəlib. APA-nın xəbərinə görə, “Qələbə Uğrunda Cəbhə”dən namizədliyini verən K. Kirşner 53,04% səs toplayıb.

Hələlik bülletenlərin 15,5%-i sayılsa da, mövcud dövlət başçısı əsas rəqibi, sosialist Hermes Binneri xeyli qabaqladığı üçün onun qələbəsi şübhə doğurmur. Belə ki, H. Binner cəmi 16,98% səs alıb. “Exit-poll”un nəticələrinə əsasən K. Kirşner 55% səslə zəfər çalıb. Səsvermədə seçicilərin 76%-ə yaxını iştirak edib.

Argentinada prezident seçkiləri ilə paralel parlament seçkisi də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR