Bank Of Baku

Amerikalı konqresmen: «Konqresin «erməni soyqırımı» məsələsinə müdaxiləsi düzgün deyil»

Amerikalı konqresmen: «Konqresin «erməni soyqırımı» məsələsinə müdaxiləsi düzgün deyil»
# 25 oktyabr 2011 23:46 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresi Nümayəndələr palatası xarici əlaqələr komitəsinin sədri İleana Ros-Letinen 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrə «erməni soyqırımı» adının verilməsindən narahat olduğunu bildirib. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.

«Bu son dərəcə həssas bir məsələdir və ABŞ Konqresinin bu məsələyə müdaxiləsini düzgün saymıram. Bunun əvəzinə, bu məsələ Türkiyə və Ermənistan arasında birbaşa müzakirə olunmalıdır. Bu çərçivədə türk və erməni tarixçilərin əməkdaşlıq şəraitində bu faciəvi hadisələri nəzərdən keçirməsini təklifini qətiyyətlə dəstəkləyirəm», deyə Roz-Letinen bəyan edib.

Xatırladaq ki, ötən ilin martında ABŞ Konqresinin Nümayəndələr palatası xarici əlaqələr komitəsi «erməni soyqırımı»nı tanımaq barədə qətnamə qəbul etmişdi. Həmin dövrdə komitəyə Hovard Berman başçılıq edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR