Bank Of Baku

“Quran”ı yandıran amerikalı din xadimi prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb

“Quran”ı yandıran amerikalı din xadimi prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb
# 28 oktyabr 2011 07:34 (UTC +04:00)
Bakı – APA. Bu ilin martında müqəddəs “Quran”ı nümayişkaranə şəkildə yandıran amerikalı yevangelist din xadimi Terri Cons ABŞ prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb. APA-nın xəbərinə görə, T. Cons Florida ştatının Ceksonvill şəhərində fəaliyyət göstərən WOKV radiosuna müsahibəsində deyib ki, mühafizəkar dəyərlərə inanan bir şəxs olaraq Respublikaçılar Partiyasının namizədlərinə güvənmir. O, seçkiqabağı proqramına dövlət xərclərinin azaldılması, ABŞ ərazisindəki bütün qeyri-leqal miqrantların deportasiyası, eləcə də ölkə xaricindəki əməliyyatlarda iştirak edən Amerika əsgərlərinin vətənə çağırılması kimi müddəalar daxil edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR