Bank Of Baku

ABŞ hökuməti istedadlı əcnəbi tələbələri ölkədə saxlamağa hazırlaşır

ABŞ hökuməti istedadlı əcnəbi tələbələri ölkədə saxlamağa hazırlaşır
# 29 oktyabr 2011 16:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın vaxtlarda ABŞ-ın immiqrasiya qanunvericiliyində maraqlı yenilik gözlənilir. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti ölkədə təhsil alan istedadlı əcnəbi tələbələrin təhsildən sonra ölkədə qalıb yaşamasını asanlaşdırmağa hazırlaşır.

Hökumətin hazırladığı yeni “Study in the States” proqramı əcnəbi tələbələrin təhsildən sonra ölkədə qalmasına, burda işləyib bizneslə məşğul olmasına imkan verəcək. ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Canet Napolitano bildirib ki, bu təşəbbüs ölkə iqtisadiyyatının vəziyyətinin yaxşılaşmasına və rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək.

Qeyd edək ki, 2011-ci ilin əvvəlində ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti ölkədə elmi-texniki, mühəndislik və riyaziyyat sahəsində təhsil alan xarici ölkə vətəndaşlarının universiteti bitirdikdən sonra Optional Practical Training (OPT) proqramı çərçivəsində ölkədə daha 29 ay qala biləcəklərini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR