Bank Of Baku

ABŞ Qırğızıstanın yeni hakimiyyəti ilə "Manas" aviabazasının gələcəyi barədə məsləhətləşmələr keçirəcək

ABŞ Qırğızıstanın yeni hakimiyyəti ilə "Manas" aviabazasının gələcəyi barədə məsləhətləşmələr keçirəcək
# 02 noyabr 2011 04:43 (UTC +04:00)
Bakı-APA. ABŞ Qırğızıstanın yeni rəhbərliyi ilə bu ölkədə yerləşən Amerikanın hərbi hava bazası olan “Manas”-ın gələcəyi barədə məsləhətləşmələr aparacaq.
APA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Dövlət departamentin nümayəndəsi Viktoriya Nuland deyib.
ABŞ-ın “Manas” hərbi hava bazası Bişkek beynəlxalq hava limanı ərazisində yerləşir və Amerikanın Əfqanıstandakı qoşunlarının təchizatı üçün istifadə olunur.
Xatırladaq ki, Qırğızıstanın yeni prezidenti Atambayevin Bişkek hava limanı ərazisində hərbi obyektlərin olmasını yol verməz adlandırıb.
“Manas” hərbi hava bazasının icarə vaxtı 2014-cü ildə bitir. Atambayev deyib ki, Qırğızıstan icarə ilə bağlı müqavilənin şərtlərinə 2014-cü ilə kimi riayət edəcək, lakin icarə vaxtını uzatmayacaq.

Nuland bildirib ki, məsləhətləşmələrdə “Manas” bazasının 2014-cü ildən sonrakı dövrdə fəaliyyəti barədə danışıqlar aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR