Bank Of Baku

Obama «dünyanın ən qüdrətli insanı» adını alıb

Obama «dünyanın ən qüdrətli insanı» adını alıb
# 02 noyabr 2011 22:54 (UTC +04:00)
Bakı-APA. «Forbes» jurnalı «Dünyanın ən qüdrətli insanları»nın siyahısını açıqlayıb. 70 nəfərin daxil olduğu siyahıya görə, «dünyanın ən qüdrətli insanı» adını ABŞ prezidenti Barak Obama qazanıb. Sonrakı yerləri Rusiya baş naziri Vladimir Putin və Çin dövlət başçısı Hu Tszintao tuturlar. Türkyiə baş naziri Rəcəb Tayyib Ərdoğan siyahıda 48-ci yeri tutub.

Almanya kansleri Angela Merkelin 4-cü yeri tutduğu siyahıda Microsoft-un qurucusu Bill Gates 5-ci yerdədir.

Siyahıda Səudiyyə Ərəbistanı kralı Abdullah bin Ədbul Əziz əl Səudun 6-cı, Beynəlxalq Valyuta Fondunun (IMF) sədri Kristin Laqard 39-cu, Facebook-un qurucusu Mark Tsukerberq 9-cu yeri tuturlar.

Siyahıda bəzi digər mövqelər belədir: Roma papası 16-cı Benedikt 7-ci yer, ABD Federal Ehtiyatlar Sisteminin başçısı Ben Bernanke 8-ci yer, İngiltərə baş naziri Devid Kemeron 10-cu yer, Fransa prezidenti Nicolya Sarkozi 13-cü yer, ABŞ dövlət katibi Hillari Klinton 16-cı yer, İtaliya baş naziri Silvio Berluskoni 21-ci yer, İranın dini lideri Ayətulla Əli Xameneyi 26-cı yer, Şimali Koreyalideri Kim Çen İr 37-ci yer, BMT baş katibi Pan Gi Mun 38-ci yer, Tibetin ruhani lideri Dalay Lama 51-ci yer, Rusiya prezidentiı Dmitri Medvedev 59-cu yer, keçmiş ABŞ prezidenti Bill Klinton 50-ci yer, İsrail baş naziri Binyamin Netanyahu 25-ci yer.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR