Bank Of Baku

ABŞ Konqresi İrana qarşı yeni sanksiyaları təsdiq edib

ABŞ Konqresi İrana qarşı yeni sanksiyaları təsdiq edib
# 03 noyabr 2011 03:49 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin xarici əlaqələr komitəsi İrana qarşı daha sərt sanksiyaları təsdiq edib. Sanksiyalar Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cübeyrəyə qarşı sui-qəsd cəhdinə görə tətbiq olunacaq. Sanksiyaların İranın Mərkəzi bankına qarşı tətbiq olunması gözlənilir.

Nümayəndələr palatasının xarici əlaqələr komitəsinin sədri İleana Ros-Leytinenin sözlərinə görə, sanksiyalar Qurban bayramı ərəfəsində İran hökumətinə hədiyyə olacaq.

«Hesab edirəm ki, İranın Mərkəzi bankı təkcə terrorçuluğa yardım göstərmək, nüvə proqramını maliyyələşdirmək və «İslam inqilabının keşikçiləri»ni dəstəkləməklə kifayətlənmir, həm də onların fəaliyyətinin əsas hərəkətverici qüvvəsidir», deyə komitənin üzvü Hovard Berman bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR