Bank Of Baku

Daniel Orteqa yenidən Nikaraqua prezidenti seçilib

Daniel Orteqa yenidən Nikaraqua prezidenti seçilib
# 07 noyabr 2011 16:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Nikaraquada keçirilən prezident, vitse-prezident və parlament seçkiləri başa çatıb.

APA-nın məlumatına görə, Nikaraqua Mərkəzi Seçki Komissiyası seçkilərin yekunları ilə bağlı açıqladığı məlumatda bildirilir ki, Daniel Orteqa seçicilərin 63,95% səsini toplamaqla növbəti müddətə ölkə başçısı seçilib.

Parlament seçkilərində də D.Orteqanın rəhbərlik etdiyi Sandinist Milli Cəbhəsi qalib gələrək, seçicilərin 63,28% səsini toplaya bilib.

D.Orteqanın əsas rəqibi Müstəqil Liberal Partiyasından namizəd Fabio Qadea isə 29,09% səs qazanıb.

Seçicilərin ümumi sayı isə 3,3 milyon nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR