Bank Of Baku

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
# 09 noyabr 2011 03:43 (UTC +04:00)
Bakı-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatı açıqlamasından sonra ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, yeni sanksiyaların İran bankları və aparıcı şirkətlərinə qarşı tətbiq olunacağı ehtimal olunur.

Xatırladaq ki, AEBA-nın hesabatında Tehranın 2003-cü ilə qədər nüvə silahın istehsalı istiqamətində sanaq işləri aradığı bildirilir.

İran isə AEBA-nın iddialarını uydurma və əsassız adlandırıb. İran atom silahı proqramı üzərində işlədiyini rədd edərək, nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR