Bank Of Baku

Kaliforniyada polis etiraz nümayişini dağıdıb

Kaliforniyada polis etiraz nümayişini dağıdıb
# 14 noyabr 2011 23:46 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərinin polisi «Uoll-Striti işğal et» hərəkatı ilə analoji olaraq təşkil olunmuş maliyyə institutları əleyhinə etiraz aksiyasını dağıdaraq bir neçə nəfəri həbs edib. Bu barədə APA Associated Press-ə istinadən məlumat verir.

Polislər şəhər bələdiyyə idarəsinin qarşısındakı çadır düşərgəsinə hücum edərək etirazçıları dağılışmağa məcbur ediblər. Bəzi aksiya iştirakçıları yerə oturaraq düşərgəni tərk etməkdən imtina ediblər. Polislər onları sürüyərək oradan uzaqlaşdırıblar. Associated Press-in məlumatına görə, polisə müqavimət səbəbindən bir neçə nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR