Bank Of Baku

Çaves: «Venesuelada xristianlıqla sosializmi birləşdirmək lazımdır»

Çaves: «Venesuelada xristianlıqla sosializmi birləşdirmək lazımdır»
# 15 noyabr 2011 01:49 (UTC +04:00)
Bakı-APA. Venesuela prezidenti Uqo Çaves seçki kampaniyası çərçivəsində xristianlıqla sosializmi birləşdirmək niyyətində olduğunu bildirib.

«Venesuelasayağı xristianlıq və sosializmin dövrü çatıb», deyə Çaves bəyan edib.

Çaves tərəfdarlarını 2012-ci il oktyabrın 7-də seçki məntəqələrinə gələrək ona səs verməyə çağırıb. Venesuelada prezident 6 illik müddətə seçilir.

«Qarşıdakı 6 ildə Venesuela sosializm quruculuğunda böyük uğurlara imza atacaq. Əsasında ədalət, bərabərlik və sülh dayanan sosializm İsa Məsihin yer üzündəki layihəsidir», deyə Çaves bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR