Bank Of Baku

Nyu-Yorkda keçirilən aksiyalarda ən azı 300 nəfər həbs olunub

Nyu-Yorkda keçirilən aksiyalarda ən azı 300 nəfər həbs olunub
# 18 noyabr 2011 07:38 (UTC +04:00)
Bakı-APA. “Uoll-striti ələ keçir” hərəkatının Nyu-Yorkda keçirdiyi aksiya zamanı ən azı 300 nəfər həbs olunub. APA-nın məlumatına görə, artıq 5 aksiya iştirakçısına müxtəlif maddələrlə ittiham irəli sürülüb. Polislə aksiya iştirakçıları arasında toqquşmalarda 7 polis və 10 mülki şəxs xəsarət alıb. Ümumilikdə Nyu-York aksiyasında minə yaxın şəxs iştirak edib. Qeyd edək ki, dünən Nyu-Yorkda “Qlobal hərəkət günü” elan olunub. Noyabrın 17-də iqtisadi və sosial ədalətsizliyə qarşı keçirilən aksiyaların iki ayı tamam olub. Ümumilikdə ölkə üzrə keçirilən aksiyalarda br neçə yüz nəfər həbs edilib. Aksiyalar Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR