Bank Of Baku

ABŞ hökumətinin iflic olmasının qarşısı növbəti dəfə alınıb

ABŞ hökumətinin iflic olmasının qarşısı növbəti dəfə alınıb
# 18 noyabr 2011 16:26 (UTC +04:00)
Bakı - APA. ABŞ Konqresi yeni büdcə layihəsini qəbul edərək, bir sıra hökumət agentliklərinə 2012-ci maliyyə ili üçün vəsait ayırıb.

APA-nın “The Los Angeles Times”a istinadən xəbərinə görə, bununla da ABŞ hökumətinin iflic olmasından növbəti dəfə qaçmaq mümkün olub.

Nümayəndələr Palatasının 298 üzvü layihənin lehinə, 121 üzvü əleyhinə səs verib. Senatın 100 üzvündən isə 70-i layihəni bəyənib. Əgər layihəni bu gün axşama qədər qəbul etmək mümkün olmasaydı, ABŞ hökuməti fəaliyyətini dayandırmalı olacaqdı.

Sənədə əsasən, kənd təsərrüfatı, yaşayış, elm və ticarət proqramları 2012-ci ilin sentyabr ayına qədər maliyyə alacaqlar. Bu zaman xərclərin həcmi 2011-ci maliyyə ilində olduğu kimi saxlanılacaq. Digər hökumət orqanları isə yalnız 16 dekabr 2011-ci ilə qədər maliyyə ala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR