Bank Of Baku

ABŞ-ın Nevada ştatında güclü yanğın başlayıb

ABŞ-ın Nevada ştatında güclü yanğın başlayıb
# 19 noyabr 2011 11:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. ABŞ-ın Nevada ştatında yerləşən Rino şəhərində baş vermiş yanğınla əlaqədar fövqəladə vəziyyət elan edilib. Artıq 9,5 min nəfər hadisə yerindən evakuasiya edilib. APA-nın məlumatına görə, yanğın nəticəsində bir nəfər ölüb, bir yanğınsöndürən xəstəxanaya yerləşdirilib, 25 evə zərər dəyib.

Yanğın noyabrın 18-də gecə başlayıb və güclü külək səbəbindən tez bir zamanda ətraf əraziyə yayılıb. Yanğının ərazisi 800 hektardan artıqdır. Yanğınsöndürənlər tərəfindən 4-5 min ev yanğından qorunub, lakin 2,3 min nəfər elektrik enerjisiz qalıb.

Sinoptiklərin proqnozlarına görə, bu gün küləyin sürəti azalacaq ki, bu da yanğının lokallaşmasına kömək etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR